Almaniyanın ifrat sağçı partiyası ilk dəfə əyalət seçkilərində qalib gəlir
sizinxeber.az xəbər saytı

Almaniyanın ifrat sağçı partiyası ilk dəfə əyalət seçkilərində qalib gəlir


Almaniyanın ifrat sağçı Almaniya üçün Alternativ Partiyası (AfD) ilkin nəticələrə görə, ilk dəfə Türingiyada keçirilən əyalət seçkilərində qalib gəlir.

APA xəbər verir ki, bu, 1938-ci ildən bəri bölgədə sağçı partiyanın ilk qələbəsidir. Bu barədə “exit-poll”un nəticələrində bildirilir.

AfD-nin şərqdəki Türingiya əyalətində 30,5% səs qazanaraq sağ mərkəzçi Xristian Demokratları (CDU) təxminən 6% qabaqladığı görülür.

Bu seçkilər gələn il keçiriləcək federal seçkilər ərəfəsində Kansler Olaf Şolts və onun sol-liberal koalisiya hökuməti üçün bir sınaq kimi qiymətləndirilir.

Nəticələr göstərir ki, əksər seçicilər öz iqtisadi rifahlarından narahatdırlar və hakimiyyətdən qeyri-qanuni miqrasiyanın dayandırılması və daxili təhlükəsizlik təhdidlərinin aradan qaldırılması üçün daha sərt tədbirlər tələb edirlər.

Oxşar xəbərlər

Sosioloji Tədqiqatlar Mərkəzi: "Exit-poll" nəticələri göstərir ki, YAP inamlı qələbə qazanıb
"Exit-poll" təşkil edən təşkilat: Ölkə üzrə 1019 seçki məntəqəsində fəaliyyət göstərmişik
“ORACLE ADVISORY GROUP”: “Exit-poll” 63 min seçicini əhatə edib
Azərbaycanda parlament seçkilərində səsvermə başa çatıb
Parlament seçkilərində "exit-poll" keçirmək üçün qeydə alınan təşkilatların sayı 3-ə çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər