Borrell: Rusiya ilə müharibə istəmirik, ancaq Ukraynaya dəstəyi davam etdirəcəyik
“Ukraynaya Rusiya ərazisinə zərbə endirilməsinə icazə verilməsi bu ölkə ilə müharibə istədiyimiz anlamına gəlmir. Çünki, bu çoxsaylı insan itkisinə səbəb ola bilər”.
APA-nın xəbərinə görə, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell bildirib.
O əlavə edib ki, hazırda Aİ-nin potensialı bilavasitə Ukraynaya yönəlib: “Dünən biz bununla bağlı uzunmüddətli müzakirə apardıq. Müdafiə nazirləri əsasən Ukrayna məsələsi ətrafında fikir mübadiləsi aparırdılar. Biz həm siyasi, həm maliyyə və hərbi, həm də sənaye potensialımızı Ukraynaya dəstək üçün istifadə edirik. Heç kim hər bir Avropa dövlətinin ordusunun Ukraynaya dəstək üçün gördüyü tədbirləri və bu məqsədlə hansı məbləğdə vəsaitin sərf olunduğunu təsəvvür edə bilməz. Biz əldə olunan nəticələrdən məmnunuq. Böyük Britaniya Avropada sənaye potensialının möhkəmlənməsi üçün əlindən gələni edir. Bu məqsədlə avqustun sonunda biz Ukraynaya 1 milyon ədəd əvəzinə 700 min ədəd artilleriya mərmisi tədarük etmişik. Nə biz, nə də başqa dövlətlər Rusiya ilə müharibə istəyir. Çünki bu, çoxsaylı insan itkisinə səbəb ola bilər. Lakin biz Ukraynaya dəstəyi davam etdirəcəyik”.
Oxşar xəbərlər
Borrell Ukraynaya Qərb silahlarının istifadəsinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa çağırıb
Praqada NATO-nun Hərbi Komitəsinin iclası keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Yaponiya Tunisə böyük hesabla qalib gəlib - YENİLƏNİB-7
-
Bakıda verilən suyun həcmi müvəqqəti azaldılıb
-
Cənubi Koreya ən sürətlə inkişaf edən silah təchizatçılarından birinə çevrilib
-
İran Livanda atəşkəs olmadan danışıqların növbəti mərhələsinə keçməyəcəyini bildirib
