Baş nazir: Britaniya Aİ ilə münasibətlərin bərpasını istəyir
Böyük Britaniya və Almaniya bundan sonra da Ukraynaya siyasi, iqtisadi və hərbi dəstəyi davam etdirəcək.
Sizinxeber.az-nın Sky News”a istinadən xəbərinə görə, bu barədə hər iki ölkənin hökumət rəhbərləri Kir Starmerlə Olaf Şolts Berlindəki birgə mətbuat konfransında bildiriblər.
Kir Starmer deyib ki, Ukrayna təkcə özü üçün deyil, Avropa naminə də mübarizə aparır. Böyük Birtaniyanın hökumət başçısı həmçinin krallığın Avropa İttifaqı (Aİ) ilə münasibətlərin bərpasını istədiklərini də əlavə edib:
“Lakin bu, heç də “Brexit”in nəticələrinin ləğvi demək deyil. Biz sadəcə Avropa İttifaqı ilə siyasət, iqtisadiyyat, eləcə də hərbi sənaye sahələrində əməkdaşlıq etmək istəyirik. Ölkəmiz bundan sonra da öz maraqlarının müdafiəsini təmin edəcək. Hər iki dövlət arasında Yaxın Şərq məsələsində də ortaq mövqe mövcuddur. Hesab edirik ki, İsrail özünümüdafiə hüququna malikdir”.
Tərəflər ilin sonunadək Aİ ilə Böyük Britaniya arasında ticarət sazişinin imzalanacağına ümidvar olduğunu bəyan edib.
Oxşar xəbərlər
Britaniya Baş naziri Berlinə səfər edib, Şoltsla görüşüb
Almaniya MN: Ukrayna bizim verdiyimiz silahlardan öz məqsədinə uyğun istifadə edə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
