İsrail İranın Trampa sui-qəsd hazırlaması barədə Ağ Evə məlumat verib
İsrail yaxın vaxtlarda ABŞ-yə yeni kəşfiyyat məlumatı təqdim edib və bildirib ki, həmin məlumatlar İranın ABŞ Prezidenti Donald Trampa qarşı yeni sui-qəsd planını nəzərdən keçirdiyini göstərir.
Bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məsələ ilə tanış olan mənbələrin sözlərinə görə, bu, Vaşinqton və Tehran arasında qarşıdurmanın daha da kəskinləşdiyini göstərə bilər. Qeyd edilib ki, İran uzun illərdir açıq şəkildə bəyan edir ki, Trampın ilk prezidentliyi dövründə SEPAH-ın yüksək rütbəli komandiri Qasım Süleymaninin öldürülməsinə görə ondan qisas almaq niyyətindədir.
İsrailin Vaşinqtondakı səfirliyi məsələni şərh etməkdən imtina edib. İranın BMT-dəki nümayəndəliyi isə sorğuya dərhal cavab verməyib.
Ağ Ev isə "The Wall Street Journal" qəzetini Trampın çərşənbə günü verdiyi açıqlamaya yönləndirib.
Tramp Türkiyənin Ankara şəhərində jurnalistlərə açıqlamasında deyib: “Onlar məni aradan götürmək istəyirlər. Mən onların bütün siyahılarındayam. Bu səhər gördüm ki, onların hər bir siyahısında mənim adım var. İndiyədək bir qədər şanslı olmuşam, amma bu, çox uzun davam etməyə də bilər.”
Oxşar xəbərlər
İsrail iyunun 15-də İrana zərbə endirə bilər
KİV: İsrail iyunun 15-də İrana zərbə endirə bilər
Rəsmi Tehran Trampa cavab verib
İsrailin zərbələrində 20-dən çox İran komandiri öldürülüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
KİV: İran ABŞ-nin hərbi obyektlərini vurdu
-
“Zərbə endirəcəyik, qarşısını ala bilməyəcəklər” - Tramp
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Tramp: ABŞ tezliklə İranın Natanzdakı nüvə obyektini bombalaya bilər
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
