KİV: ABŞ nümayəndələri İranla danışıqlarda iştirak etməyəcəklər
sizinxeber.az xəbər saytı

KİV: ABŞ nümayəndələri İranla danışıqlarda iştirak etməyəcəklər


ABŞ nümayəndə heyəti İranla danışıqlarda iştirak etmək üçün Omana gəlməyəcək, lakin Vaşinqton Oman və Qətər nümayəndələri ilə ünsiyyəti davam etdirəcək.

Sizinxeber.Az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb.

Daha əvvəl bildirilirdi ki, ABŞ Prezidenti Donald Tramp vitse-prezident Cey. Di. Vensin, kürəkəni Cared Kuşnerin, xüsusi elçi Stiven Uitkoffun və dövlət katibi Marko Rubionun rəhbərlik etdiyi danışıqlar qrupuna Tehranla dialoqu davam etdirmək tapşırığı verib.

"İranda danışıqlar üçün vitse-prezident də, Rubio da, Kuşner də, Uitkoff da Omanda olmayacaq. ABŞ-nin texniki danışıqlar aparan qrupları da dialoqda iştirak etməyəcək. Lakin amerikalı məmurun sözlərinə görə, danışıqlar davam etdiyi müddətdə ABŞ Oman və Qətər nümayəndələri ilə uzaqdan əlaqə saxlamağa davam edəcək", - deyə CBS jurnalisti Cennifer Ceykobs "X" sosial şəbəkəsində yazıb.

Daha əvvəl "Axios" jurnalisti Barak Ravid ABŞ rəsmilərinə istinadən bildirib ki, Ağ Ev İrandan Hörmüz boğazının açıq elan etməyi və ticarət gəmilərinə hücumları dayandıracağına söz verməyi tələb edir.

Bu məlumatların fonunda İranın xarici işlər naziri Abbas Əraqçi Hörmüz boğazı ilə bağlı danışıqlar üçün Omana gəlib.

Oxşar xəbərlər

Uitkoff və Kuşner Dohada İranla danışıqlar aparacaq
Vensin rəhbərlik etdiyi ABŞ nümayəndə heyəti İranla danışıqlar üçün Pakistana yola düşüb
İranla danışıqlarda ABŞ-ni Vens, Uitkoff və Kuşner təmsil edəcək
"Bloomberg": ABŞ Kuşner-Uitkoffun İranla bağlı danışıqlarını müsbət qiymətləndirir
Uitkoff və Kuşner İranla danışıqlar üçün İslamabadda qalıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər