Şəkərli diabetdən göbələyə qədər: Ayaqların verdiyi siqnallar
sizinxeber.az xəbər saytı

Şəkərli diabetdən göbələyə qədər: Ayaqların verdiyi siqnallar


Ayaqlarda baş verən nəzərəçarpacaq dəyişikliklər ciddi xəstəliklərin göstəricisi ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə dermatoloq Qeri Qoldenberq və cərrah-podoloq Ceffri Delott "The Washington Post" qəzetinə müsahibələrində xəbərdarlıq ediblər.

Mütəxəssislərin sözlərinə görə, ayaqlarda və barmaqlarda tüklərin tökülməsi, uzun müddət sağalmayan yaralar, uyuşma, yanma və ya sancma hissi ciddi sağlamlıq problemlərinin əlaməti ola bilər. Q.Qoldenberq bildirib ki, bu cür simptomlar qan dövranı pozğunluğu, sinir zədələnmələri, B12 vitamini çatışmazlığı və ya şəkərli diabetlə əlaqəli ola bilər. C.Delott isə əlavə edib ki, baş barmaqda yaranan qəfil və şiddətli ağrı bəzən podaqranın ilk əlamətidir.

Həkimlər topuğun iç tərəfində müşahidə olunan qırmızı, qaşınan ləkələrə qarşı da diqqətli olmağı tövsiyə ediblər. Bu əlamət xroniki venoz çatışmazlığından - qanın ayaq damarlarında toplanmasından xəbər verə bilər. Müalicə olunmadıqda, bu vəziyyət trofik xoraların yaranmasına gətirib çıxara bilər.

Mütəxəssislər dırnaqlardakı dəyişikliklərin də görməzdən gəlinməməli olduğunu vurğulayıblar. Belə ki, saralmış və qalınlaşmış dırnaqlar göbələk infeksiyası və ya psoriazın, kövrək, qırışlı və ya qaşıqşəkilli dırnaqlar isə dəmir çatışmazlığının, yaxud digər ciddi xəstəliklərin göstəricisi ola bilər.


Oxşar xəbərlər

Üzdəki qızartıların səbəbi nədir?
Gənclərdə “qocalmış ürək” əlamətləri: kardioloq xəbərdarlıq edir
Qalxanabənzər vəzi xəstəliyinin səbəbləri
Dünyada 820 milyondan çox insan diabetdən əziyyət çəkir
Quş qripi virusu insana keçə bilər - Mütəxəssisdən qorxulu xəbərdarlıq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər