Yeni Zelandiya Ukraynaya 9,5 milyon dollar dəyərində yeni yardım paketi ayıracaq
sizinxeber.az xəbər saytı

Yeni Zelandiya Ukraynaya 9,5 milyon dollar dəyərində yeni yardım paketi ayıracaq


Yeni Zelandiya hökuməti Ukraynaya növbəti yardım paketi çərçivəsində 9,5 milyon ABŞ dolları məbləğində vəsait ayıracaq.

Sizinxeber.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Kristofer Lakson bildirib.

Məlumata görə, bu vəsaitin bir hissəsi silah və pilotsuz uçuş aparatlarının (PUA) alınmasına, digər hissəsi isə humanitar yardım və qaçqınlara dəstəyə yönəldiləcək.

Ümumi yardım paketinin 4,8 milyon ABŞ dolları silah və PUA alınmasına, 4,1 milyon ABŞ dolları isə münaqişədən zərər çəkmiş şəxslərə humanitar yardımın təşkili üçün ayrılacaq. Təxminən 600 min ABŞ dolları Ukrayna vətəndaşlarından ibarət qaçqınlara dəstək məqsədilə nəzərdə tutulur.

Oxşar xəbərlər

Kanada Ukraynaya 305,7 milyon dollarlıq hərbi yardım göstərəcək
Niderland Ukraynaya dəyəri 400 milyon avro olan yeni yardım paketi ayıracaq
ABŞ Ukraynaya 237 milyon dollar humanitar yardım ayıracaq
Almaniya Ukraynaya 683 milyon dollar hərbi yardım ayıracaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər