sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Kiyev dron hücumuna məruz qalıb
Bu gün Rusiya ordusu Kiyevə dronu hücumu edib.
APA xəbər verir ki, Kiyev şəhərinin meri Vitali Kliçko özünün “Telegram” kanalında bildirib ki, ilkin məlumatlara görə, Rusiyaya məxsus pilotsuz uçuş aparatı paytaxtın Solomensk rayonunda yerə düşüb.
“Yanğın qeydə alınmayıb. Təcili xidmətlər hadisə yerinə göndərilib”, – deyə Kliçko bildirib.
Ukrayna mediasının məlumatına görə, avqustun 23-ü gecədən başlayaraq Rusiya qüvvələri Ukraynaya kamikadze dronlarla genişmiqyaslı hücum təşkil edib. Əsas zərbələr ölkənin şərq və şimal bölgələrinə endirilib. Ukrayna ərazisinə buraxılan 49 müxtəlif tipli drondan 36-sı hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulub.
Oxşar xəbərlər
Rusiya Ukrayna bölgələrinə kütləvi dron hücumları həyata keçirir
Ukrayna Moskvaya kütləvi dron hücumu edib, 32 PUA vurulub
Rusiya Kiyevə ballistik raketlər və kamikadze dronlarla hücum edib, yaralananlar var - YENİLƏNİB
Moskva istiqamətində uçan 9 Ukrayna PUA-sı vurulub - YENİLƏNİB
Moskva istiqamətində uçan 6 Ukrayna PUA-sı vurulub - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













