Aİ Rusiyanın uşaq düşərgələrinə sanksiyalar tətbiq edib
sizinxeber.az xəbər saytı

Aİ Rusiyanın uşaq düşərgələrinə sanksiyalar tətbiq edib


Avropa İttifaqı (Aİ) Rusiya ilə bağlı sanksiya siyahısını genişləndirib.

Sizinxeber.az xəbər verir ki, bu barədə Aİ-nin mətbuat xidməti məlumat yayıb.

Sanksiya siyahısına 16 fiziki şəxs və 7 təşkilat daxil edilib.

Aİ-nin açıqlamasında bildirilir ki, yeni sanksiyalar “Ukrayna uşaqlarının sistematik qanunsuz deportasiyası, zorla köçürülməsi və assimilyasiyası, o cümlədən ideoloji təsir və hərbiləşdirilmiş təhsil” proseslərində iştirakla əlaqəlidir.

Qərara əsasən, sanksiya siyahısına Rusiyanın “Orlyonyok”, “Alie Parusa” və “Smena” kimi tanınmış uşaq mərkəzləri də daxil edilib.

Bundan əlavə, siyahıya Sevastopoldakı DOSAAF Mərkəzi, Naximov Hərbi Dənizçilik Məktəbi və “Patriot” adlı hərbi-vətənpərvərlik klubu da daxil edilib.

Aİ bəyan edib ki, bu qurumlar “gənclər arasında ideoloji təsir, Rusiya hərbi mədəniyyətinin təbliği, hərbiləşdirilmiş hazırlıq və aqressiv müharibənin tərənnüm edilməsi” fəaliyyətlərində iştirak edir.

Açıqlamada o da qeyd olunur ki, Rusiyanın Ukraynaya qarşı müharibəsi başlayandan bəri təxminən 20 500 ukraynalı uşaq zorla deportasiya edilib.

Oxşar xəbərlər

ABŞ Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib
ABŞ Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib
Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib
Yeni Zelandiya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Britaniya Şimali Koreyanın müdafiə naziri və generallarına sanksiya tətbiq edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər