Makron: Hörmüz boğazında hərbi kontingentin yerləşdirilməsi planlaşdırılmır
Fransa Prezidenti Emmanuel Makron bildirib ki, Fransa və müttəfiqlərinin Hörmüz boğazında təhlükəsizliyin təmin olunması ilə bağlı planlaşdırdığı missiya hərbi kontingentin yerləşdirilməsini nəzərdə tutmur.
Fransa mediasının məlumatına görə, Makron bu barədə Keniya Prezidenti Uilyam Ruto ilə Nayrobidə keçirdiyi birgə mətbuat konfransında danışıb.
“Fransanın və ya Fransa-Britaniya qüvvələrinin yerləşdirilməsindən heç vaxt söhbət getməyib”, – deyə Fransa lideri bildirib.
Onun sözlərinə görə, bir neçə gün əvvəl Fransanın “Şarl de Qoll” aviadaşıyıcısının Aralıq dənizinin şərq hissəsindən Hörmüz boğazına daha yaxın əraziyə göndərilməsi barədə qərar qəbul olunub.
Makron qeyd edib ki, Fransa və Böyük Britaniyanın təşəbbüsü ilə 50 ölkə və beynəlxalq təşkilatı birləşdirən xüsusi missiya yaradılıb. Missiyanın məqsədi İranla koordinasiya şəraitində və region ölkələri, eləcə də ABŞ ilə gərginlikdən yayınaraq dəniz daşımalarının bərpasını təmin etməkdir.
Fransa Prezidenti əlavə edib ki, missiya ərzaq, gübrə, qaz, neft və digər malların daşınması üçün marşrutların yenidən açılmasına yönələcək.
Makron bütün tərəfləri “sakit və məsuliyyətli davranmağa” və “sözlü eskalasiyadan çəkinməyə” çağırıb.
Oxşar xəbərlər
Makron: Hörmüz boğazında hərbi yerləşdirmə planlaşdırılmır
Makron: Hörmüz boğazında beynəlxalq təhlükəsizlik missiyası yaradılacaq
Makron: Hörmüz boğazında açılan atəşin hədəfi Fransa olmayıb
Fransa və Britaniya Ukraynaya hərbi heyət göndərəcək
Makron: Fələstin dövlətinin tanınması Yaxın Şərqdə sülhə aparan yeganə yoldur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
DÇ-2026: Son tura start verilir
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
