Londonda yəhudi icmasına hücum olub, üç nəfər xəsarət alıb
sizinxeber.az xəbər saytı

Londonda yəhudi icmasına hücum olub, üç nəfər xəsarət alıb


Londonun şimalında yəhudi icmasının nümayəndələrinə qarşı hücum edilib, nəticədə üç nəfər yüngül xəsarət alıb.

Bu barədə “Scotland Yard”ın yaydığı məlumatda deyilir.

Məlumata görə, hadisə mayın 9-na keçən gecə Enfild rayonunun Sautberi-Roud küçəsində qeydə alınıb.

Şübhəli şəxs saxlanılaraq polis bölməsinə aparılıb və ona qarşı ittiham irəli sürülüb. Hadisə nəticəsində 58 və 26 yaşlı iki kişi, həmçinin 53 yaşlı qadın yüngül xəsarətlər alıb. Onların əlavə tibbi yardıma ehtiyac olmadığı bildirilib.

Polis saxlanılan şəxsin Londonun Hornçerç bölgəsində yaşayan 34 yaşlı Dilan Ossey olduğunu açıqlayıb. Ona qarşı irqi və dini nifrət zəminində hücum, təhdid və təhqiramiz davranış, zorakılığa təhrik və təqib daxil olmaqla beş maddə üzrə ittiham irəli sürülüb.

Oxşar xəbərlər

Şəkidə baş verən bıçaqlanma nəticəsində ölən və yaralanan var
Yevlaxda 17 yaşlı oğlan qətlə yetirilib, iki nəfər saxlanılıb - YENİLƏNİB
DİN Bakıda qonşular arasında bıçaqlanma ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Naxçıvanda avtomobil motosikletlə toqquşub, 1 nəfər xəsarət alıb - FOTO
Yevlaxda 17 yaşlı oğlan qətlə yetirilib, üç nəfər saxlanılıb - YENİLƏNİB-1

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər