Şəkidə baş verən bıçaqlanma nəticəsində ölən və yaralanan var
Şəkidə baş verən bıçaqlanma hadisəsi nəticəsində bir nəfər ölüb, daha bir nəfər isə xəsarət alıb.
APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə iyulun 29-da saat 20:00 radələrində rayonun Baş Göynük kəndində qeydə alınıb.
Kənd sakini, 39 yaşlı Paşa Yusibov kəsici alətlə həmkəndliləri — 38 yaşlı Dəyanət Vahid oğlu Həşimova və 24 yaşlı Bünyad Gümrah oğlu Babazadəyə xəsarət yetirib.
Dəyanət Həşimov aldığı ağır bədən xəsarətləri nəticəsində hadisə yerində vəfat edib. Bünyad Babazadə isə boyun nahiyəsindən xəsarət alıb.
Yaralı Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım Şöbəsinə yerləşdirilib. Ona ilkin tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
Cinayəti törətməkdə şübhəli bilinən Paşa Yusibov polis tərəfindən saxlanılıb.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda cinayət işi başlanılıb, araşdırma aparılır.
Oxşar xəbərlər
Şəkidə yük maşını aşıb, ölən və xəsarət alan var
Şəkidə yük maşını aşıb, ölən və xəsarət alan var - FOTO
Qaxda qəza zamanı bir nəfər ağır xəsarət alıb
Şəkidə minik avtomobili yük maşını ilə toqquşub, xəsarət alan var
Şəkidə bir gündə iki qəza, xəsarət alanlar var - VİDEO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













