Fuest: “Rüsum artımı Almaniya avtomobil sənayesinə ciddi zərbə vuracaq”
sizinxeber.az xəbər saytı

Fuest: “Rüsum artımı Almaniya avtomobil sənayesinə ciddi zərbə vuracaq”


Almaniyanın Münhen şəhərində yerləşən "ifo Institute" institutunun prezidenti Klemens Fuest ABŞ-ın yeni rüsum siyasəti fonunda Almaniya iqtisadiyyatı üçün ciddi risklər olduğunu bildirib.

Bild qəzetinin məlumatına görə, Fuest Avropa İttifaqının cavab olaraq qarşı tədbirlər görəcəyi halda vəziyyətin daha da ağırlaşacağından ehtiyat edir.

“Əgər bu vəziyyət yeni ticarət müharibəsinə çevrilərsə, Almaniya 2026-cı ildə resessiya (iqtisadiyyatın zəifləməsi) ilə üzləşə bilər,” – deyə o, qəzetə müsahibəsində bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp açıqlayıb ki, Avropa İttifaqından idxal olunan avtomobil və yük maşınlarına tətbiq edilən rüsumlar gələn həftədən etibarən 25%-ə qaldırılacaq. O, Aİ-ni ticarət razılaşmasına əməl etməməkdə ittiham edib və bu addım uzunmüddətli transatlantik ticarət mübahisəsini daha da kəskinləşdirib.

Fuest qeyd edib ki, planlaşdırılan rüsum artımı onsuz da çətinliklərlə üzləşən Almaniya avtomobil sənayesinə ciddi zərbə vuracaq.

Oxşar xəbərlər

Tramp Aİ-dən Çin məhsullarına əlavə rüsumların tətbiq ediləsini istəyir
Bu gün rezidenturaya qəbul imtahanının birinci mərhələsi keçirilib
Almaniya kansleri ABŞ-nin "tarif müharibəsinin" Avropaya təsirini açıqlayıb
Fridrix Merts: ABŞ-ın ticarət siyasəti maliyyə böhranı riskini artırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər