Aİ: Rusiya Ukraynanın NATO və Aİ-yə üzvlüyünə veto qoymaq haqqına sahib olmamalıdır
Rusiya Ukraynanın Avropa İttifaqı və NATO-ya üzvlüyünə veto qoymaq haqqına malik ola bilməz.
Sizinxeber.az xəbər verir ki, bu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, İtaliyanın Baş naziri Corcia Meloni, Almaniya kansleri Fridrix Merts, Fransa prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Keir Starmer, Finlandiya prezidenti Aleksandr Stubb və Polşanın Baş naziri Donald Tusk tərəfindən verilən müştərək bəyanatda qeyd olunub.
Bəyanata görə, Avropa liderləri Tramp-Putin-Zelenski üçtərəfli görüşünün keçirilməsini dəstəkləməyə hazırdır.
Avropa İttifaqı Ukraynaya təhlükəsizlik zəmanətlərinin verilməsinin tərəfdarıdır və Ukrayna ordusunun üçüncü ölkələrlə əməkdaşlığına heç bir məhdudiyyət qoyulmamalı olduğunu bəyan edir.
“Rusiya Ukraynanın Aİ və NATO-ya üzvlüyünə heç bir veto qoymaq hüququna malik olmamalıdır.
Beynəlxalq sərhədlər güc yolu ilə dəyişdirilə bilməz və Ukrayna öz ərazisi ilə bağlı qərarları özü verməlidir”- bəyanatda bildirilib.
Aİ-nın Ukraynaya dəstəyinin davam edəcəyi də bəyanatda qeyd olunub.
Oxşar xəbərlər
Zelenski və Avropa liderləri növbəti addımları planlaşdırmaq üçün Londonda görüşəcək
London Sammiti başlayıb
Makron, Merts, Starmer və Tusk Kiyevə gediblər
KİV: Starmer Tramp, Makron, Merts və Meloni ilə Ukraynanı müzakirə edib
Merts: NATO və Aİ hərbçilərinin Ukraynaya göndərilməsi müzakirə olunmur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
