Zelenski: Ukrayna və Rusiya 1200 əsirin mübadiləsi barədə razılığa gəlib, siyahı üzərində iş aparılır
sizinxeber.az xəbər saytı

Zelenski: Ukrayna və Rusiya 1200 əsirin mübadiləsi barədə razılığa gəlib, siyahı üzərində iş aparılır


Ukrayna və Rusiya 1200 əsirin mübadiləsi barədə razılığa gəlib.

APA-nın xəbərinə görə, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” hesabında paylaşım edib.

Ukrayna Prezidenti qeyd edib ki, İstanbulda keçirilən üçüncü danışıqlar raundundan sonra tərəflər 1200 əsirin mübadiləsi ilə bağlı razılıq əldə ediblər. Hazırda tərəflər mübadilə üçün nəzərdə tutulan şəxslərin siyahısı üzərində işləyir. Volodimir Zelenski bu məsələni Prezident Aparatının rəhbəri Andrey Yermak və Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerovla müzakirə edib.

Volodimir Zelenski əlavə edib ki, Ukrayna eyni zamanda mülki şəxslərin geri qaytarılması istiqamətində də iş aparır və hər bir vətəndaşın taleyi ilə bağlı məlumatlar toplanır.

Oxşar xəbərlər

Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
Zelenski Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun tarixini açıqlayıb
Zelenski: Ukrayna və ABŞ silah təchizatı ilə bağlı detalları dəqiqləşdirir
Umerov İstanbulda Rusiya ilə aparılan danışıqların nəticələrindən danışıb
Ərdoğan Zelenski ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle