Umerov İstanbulda Rusiya ilə aparılan danışıqların nəticələrindən danışıb
Ukrayna Rusiya tərəfinə avqustun sonunadək liderlər səviyyəsində görüş keçirməyi təklif edib.
Sizinxeber.az "Unian"a istinadən xəbər verir ki, bu barədə Ukrayna Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov Kiyev və Moskva nümayəndə heyətlərinin İstanbulda keçirilən görüşündən sonra məlumat verib.
Onun sözlərinə görə, təklif edilən liderlər görüşündə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və ABŞ Prezidenti Donald Trampın da iştirakı nəzərdə tutulur.
Umerov bildirib ki, Ukrayna tərəfi atəşkəsə və xüsusilə də kritik və mülki infrastruktur obyektlərinə zərbələrin dayandırılmasına hazır olduğunu bəyan edib.
Nazir əlavə edib ki, tərəflər hərbi və mülki əsirlərin növbəti mərhələdə qarşılıqlı qaytarılması barədə razılığa gəliblər. Bununla belə, əsir mübadiləsi üzrə yeni danışıqlar raundunun keçirilməyəcəyi qeyd olunub.
“Rusiya ilə Ukrayna arasında humanitar mübadilədə 1200-dən çox şəxsin iştirakı nəzərdə tutulur. Eyni zamanda, əsir və mülki şəxslərin geri qaytarılmasının növbəti mərhələləri də müzakirə olunub. Rusiya tərəfi üç ildən artıq müddətdir əsirlikdə olan şəxslərin, o cümlədən ağır yaralıların və gənclərin azad edilməsinə razılıq verib”, – deyə Umerov əlavə edib.
Oxşar xəbərlər
İstanbulda Medinski və Umerov arasında təkbətək görüş baş tutub - YENİLƏNİB-1
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
Ukrayna və Rusiya “6000-in 6000-ə” formatında hərbçilərin meyitlərinin mübadiləsini razılaşdırıb
Ukrayna Rusiyaya gələn həftə danışıqların yeni mərhələsini keçirməyi təklif edib
Zelenski Rusiya-Ukrayna danışıqlarının növbəti raundunun tarixini açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













