Rusiya bu gecə Ukraynaya hücumunda 597 drondan istifadə edib
sizinxeber.az xəbər saytı

Rusiya bu gecə Ukraynaya hücumunda 597 drondan istifadə edib


Ötən gecə Rusiyanın Ukraynaya hücumunda 597 dron və 26 kruz raketindən istifadə edilib.

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında bildirib.

“Ötən gecə Rusiyanın hücumları Xarkov və Sumı regionlarından Lvov və Bukovinaya qədər ərazini əhatə edib. Onların istifadə etdiyi dronların yarısından çoxu “Şahed” dronları idi. Dronların böyük əksəriyyəti və 20 raket havadan müdafiə sistemlərimiz tərəfindən məhv edilib. Təəssüf ki, mülki infrastrukturumuza zərbə dəyib. Nəticədə, 2 nəfər həyatını itirib, 20 nəfər isə xəsarət alıb”, - Zelenski qeyd edib.

Ukrayna Prezidenti Rusiyaya qarşı sanksiyaların gücləndirilməli olduğunu vurğulayıb və ölkəsinin daha çox havadan müdafiə sistemlərinə ehtiyac duyduğunu bəyan edib.

Oxşar xəbərlər

Zelenski Rusiyanı sərt cavab tədbirləri ilə hədələyib
Rusiya Ukraynaya ən böyük PUA və raket hücumu həyata keçirib
Zelenski: Sentyabrda Rusiya Ukraynaya qarşı 640-dan çox “Şahed” pilotsuz təyyarəsindən istifadə edib
Ukrayna SQ: Rusiya gecə Ukrayna istiqamətdə 400-dən çox dron və 44 raket buraxıb
Zelenski: Rusiya Ukraynanı 120 raket və 90 dronla atəşə tutub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər