Zelenski Rusiyanı sərt cavab tədbirləri ilə hədələyib
sizinxeber.az xəbər saytı

Zelenski Rusiyanı sərt cavab tədbirləri ilə hədələyib



Rusiya Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirib

Ötən gecə Rusiya Ukraynaya hücumunda 400 dron və 18 raketdən istifadə edib.

Zelenski hücumla bağlı məlumat yayıb

APA xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski özünün "X" hesabında bildirib.

Onun sözlərinə görə, dronların 200-ü “Şahed” tipli dronlar olub:

Hücumlar nəticəsində insan tələfatı olub

“Hücumların əsas hədəfi Kiyev olub. Bundan başqa Poltava, Kirovoqrad, Sumı və Çerniqov bölgələrinə də hücumlar edilib. Kiyevdə iki nəfər həyatını itirib. Son məlumata görə, 16 nəfər xəsarət alıb”, - Ukrayna Prezidenti qeyd edib.

Zelenski sanksiyaların artırılmasına çağırıb

Zelenski Rusiyaya qarşı sanksiyaların gücləndirilməsinə çağırıb və Ukraynanın cavab zərbələri endirəcəyini bəyan edib.

Ukrayna müdafiəsini gücləndirmək üçün danışıqlar aparır

O qeyd edib ki, Rusiyanın bu cür hücumlarına sərt cavab verilməlidir: “Bu gün mən tərəfdaşlarla, xüsusən də "İstəklilər Koalisiyası" çərçivəsində dronların istehsalı və Ukrayna üçün hava hücumundan müdafiə sistemlərinin tədarükü üçün əlavə maliyyə haqqında danışacağam. Məqsədlər tamamilə aydındır. Rusiyanın bu cür hücumlarına sərt cavab verilməlidir”.

Oxşar xəbərlər

Zelenski: Sentyabrda Rusiya Ukraynaya qarşı 640-dan çox “Şahed” pilotsuz təyyarəsindən istifadə edib
Zelenski Rusiyaya qarşı sanksiyaların yumşaldılması şərtlərini açıqlayıb
Zelenski: Rusiyaya qarşı sanksiyaların ləğvi diplomatiya üçün fəlakət olar
Zelenski Putinin təhdidlərinə sərt reaksiya verib
Zelenski: Çin Rusiyaya Ukrayna ilə müharibədə istifadə üçün silah göndərir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle