Qrossi: İranda nüvə obyektlərinə hücumlar davam etsə, radiasiya sızmaları baş verə bilər
İran, İsrail və bütövlükdə Yaxın Şərq sülhə ehtiyac duyur.
APA xəbər verir ki, bunu AEBA-nın baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının iclasında videobağlantı vasitəsilə çıxış edərkən bildirib.
"Diplomatiya yolu hələ açıqdır. Biz danışıqlar masasına əyləşməli və AEBA müfəttişlərinin obyektlərdəki zərərin miqyasını qiymətləndirməsinə şərait yaratmalıyıq,” – deyə Qrossi vurğulayıb.
Onun sözlərinə görə, ABŞ-ın zərbələrindən sonra İsfahan, Fordo və Natanz obyektlərində dağıntılar qeydə alınıb, lakin bu obyektlərdən kənarda radiasiya səviyyəsində artım müşahidə olunmayıb.
Qrossi xəbərdarlıq edib ki, hərbi hücumlar davam edəcəyi təqdirdə radiasiya sızmaları baş verə bilər ki, bu da təkcə hücuma məruz qalan ölkə üçün deyil, onun hüdudlarından kənarda da ciddi nəticələrə səbəb olacaq və insanların həyatına birbaşa təhlükə yaradacaq.
AEBA rəhbərinin sözlərinə görə, agentlik hələlik ABŞ-ın Fordo obyektinə endirdiyi zərbənin dəqiq miqyasını müəyyənləşdirə bilmir.
“AEBA nüvə sahəsində ixtisaslaşmış müfəttişlərini dərhal İrana göndərməyə hazırdır,” – deyə Qrossi əlavə edib.
Oxşar xəbərlər
Qrossi: Natanz nüvə obyektindən kənarda radiasiya səviyyəsi dəyişməyib
Qrossi: AEBA yoxlama sistemi vasitəsilə İranın nüvə silahına sahib olmayacağına zəmanət verə bilər
Qrossi sabah AEBA-nın İranla bağlı təcili iclasını çağırıb
Qrossi: Nətənzdəki nüvə obyektlərinin daxilində radioloji çirklənmə aşkar edilib
Rafael Qrossi İran Prezidentindən görüş üçün cavab aldığını açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













