KİV: İran ABŞ-la uranın zənginləşdirilməsi ilə bağlı saziş bağlamağa hazırdır
sizinxeber.az xəbər saytı

KİV: İran ABŞ-la uranın zənginləşdirilməsi ilə bağlı saziş bağlamağa hazırdır


İran hökuməti uranın zənginləşdirilməsi üzrə regional konsorsiumun təşkili ilə bağlı ABŞ-la saziş bağlamağa hazırdır.

Sizinxeber.az xəbər verir ki, bununla bağlı “Axios” portalı məlumat yayıb.

Portalın məlumatına görə Tehranın şərti konsorsiumun İran ərazisində yerləşməsidir.

“İran uranın zənginləşdirilməsi üçün regional konsorsium yaratmaq ideyası əsasında ABŞ-la nüvə sazişi bağlamağa hazırdır, bir şərtlə ki, o, İran ərazisində yerləşsin”, - məlumatda deyilir.

“Axios”un mənbələri bildirir ki, Vaşinqton konsorsiumun obyektlərinin İrandan kənarda yerləşməsini istəyir.

ABŞ prezidenti Donald Tramp isə bildirib ki, yeni nüvə sazişi əldə olunarsa, onun administrasiyası İrana uranı zənginləşdirməyə icazə verməyəcək.

Oxşar xəbərlər

KİV: İran uranın zənginləşdirilməsi səviyyəsini azaltmağa hazırdır
Axios: İran ABŞ-la müvəqqəti nüvə sazişi imzalamağı düşünür
İran uranın zənginləşdirilməsi həcmlərini məhdudlaşdıra bilər
Uitkoff: Yeni saziş İranın uranın zənginləşdirilməsi proqramının ləğvi demək olacaq
WSJ: ABŞ və İran danışıqlarda uranın zənginləşdirilməsi və raket proqramını müzakirə edirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle