Əl-Şəraa: İsrail müdaxiləsinin dayandırılması üçün Suriyanın Aİ-nin dəstəyinə ehtiyacı var
sizinxeber.az xəbər saytı

Əl-Şəraa: İsrail müdaxiləsinin dayandırılması üçün Suriyanın Aİ-nin dəstəyinə ehtiyacı var


Suriya lideri Əhməd Əl-Şəraa və Avropa Şurasının rəhbəri Antoniu Koşta arasında telefon danışığı baş tutub.

Sizinxeber.az xəbər verir ki, bu barədə "SANA" agentliyi məlumat yayıb.

Söhbət zamanı Aİ-nin Suriyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyaların ləğvi məsələsi müzakirə olunub.

Əl-Şəraa Aİ rəhbərliyinə və üzv dövlətlərə sanksiyaların aradan qaldırılması ilə bağlı qəbul etdikləri qərara görə təşəkkür edib və bu addımı "ölkənin daha sabit gələcəyə doğru irəliləməsinə təkan verəcək tarixi qərar" adlandırıb.

O, beynəlxalq ictimaiyyətin bu mərhələdə Suriyaya dəstəyinin vacibliyini vurğulayıb.

Bununla yanaşı, Əl-Şəraa bildirib ki, İsrailin müdaxiləsi Suriyaya təsir göstərməkdə davam edir.

Onun sözlərinə görə, bu müdaxilənin qarşısının alınması üçün Avropa İttifaqının dəstəyi zəruridir.

Oxşar xəbərlər

Aİ XİN rəhbərləri Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasını müzakirə edəcək
Aİ Suriyanın əsas iqtisadi sektorlarına qarşı sanksiyaları dayandırıb
Aİ bu gün Suriyaya qarşı sanksiyaların yumşaldılmasına dair razılaşma qəbul edə bilər
ABŞ Suriyaya qarşı tətbiq etdiyi sanksiyaların ləğvi prosesinə başlayıb
Aİ XİN başçıları Suriyaya qarşı sanksiyaların yumşaldılmasına razılaşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle