Hindistanda yanğın baş verib, altısı uşaq olmaqla, azı 17 nəfər ölüb
Hindistanın Haydarabad şəhərində bazar günü bir binada qısaqapanma səbəbilə baş verən yanğında azı 17 nəfər həyatını itirib.
APA xəbər verir ki, bu barədə AFP agentliyinin yerli hakimiyyət orqanlarına istinadla məlumat verib.
Yanğın binanın birinci mərtəbəsində başlayıb və sürətlə yuxarı mərtəbələrə yayılıb.
Telanqana əyalətinin Yanğından Mühafizə, Fövqəladə Hallara Reaksiya və Vətəndaş Müdafiəsi Departamentinin açıqlamasına görə, hadisəyə müdaxilə üçün təxminən on yanğınsöndürən maşın cəlb olunub.
Hindistanın Dağ-mədən Sənayesi naziri Kişan Reddinin verdiyi açıqlamaya əsasən, ilkin istintaq yanğının qısaqapanma nəticəsində baş verdiyini göstərir.
Həlak olanlar arasında 5 yaşadək 6 uşaq da var.
Oxşar xəbərlər
Hindistanda hoteldə baş verən yanğında azı 14 nəfər həlak olub
Uçarda uşaq bağçası yanıb - FOTO
Gəncədə yanğın olub
Tovuzda yaşayış binasında yanğın söndürülüb, 1 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB-1
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
DÇ-2026: Belçika - İran oyununda ilk hissə bitib - YENİLƏNİR
