Gəncədə yanğın olub
Gəncə şəhərində mənzildə yanğın hadisəsi baş verib.
Sizinxeber.az-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin Zərifə Əliyeva küçəsində iki mərtəbəli binada baş verib. İki otaqlı mənzilin birinci otağında baş verən yanğın digər otağa da keçib.
Ev sahibi evdə olmadığından qonşular FHN-nin Gəncə şəhər Dövlət Yanğından Mühafizə İdarəsinə bu barədə məlumat veriblər. Hadisə yerinə yanğınsöndurənlər cəlb olunub.
Yanğın söndürülüb və alovun qonşu mənzilə keçməsinin qarşısı alınıb. İlkin məlumata görə, hadisəyə səbəb elektrik naqillərində olan qısaqapanma olub.
Faktla bağlı araşdırma başlanılıb.
Hadisə barədə FHN-in məlumatında bildirilib ki, Gəncə şəhərində ikimərtəbəli yaşayış binasının çardağının yanar konstruksiyaları 40 m² sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən tüstülənmiş mənzillərdən 2 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Oxşar xəbərlər
Bakıda yataqxanada yanğın olub, 5 nəfər təxliyə edilib - YENİLƏNİB-1
Bakıda mənzildə yanğın olub, 1 nəfər ölüb
Bakıda iki binada yanğın olub
Şəmkirdə ev yanib - FOTO
Sumqayıtda beşmərtəbəli yaşayış binasında yanğın olub, sakinlər təxliyə olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Günəşdə güclü partlayış oldu
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
