Hakan Fidan ABŞ və Suriyadan olan həmkarları ilə üçtərəfli görüş keçirəcək
sizinxeber.az xəbər saytı

Hakan Fidan ABŞ və Suriyadan olan həmkarları ilə üçtərəfli görüş keçirəcək


Suriyadakı yeni dönəmlə bağlı da bu gün həmkarlarımla müzakirə apardıq.

Sizinxeber.az xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan Antalyada NATO XİN rəhbərlərinin qeyri-formal görüşündən sonra brifinqdə deyib.

Nazir bildirib ki, Suriyanın qarşı-qarşıya olduğu problemləri həll etməsi üçün ortaq səylər lazımdır: “Suriyanın təhlükəsizliyi və əmin-amanlığı öncəlik təşkil edir. Buna nail olunmaması qlobal səviyyədə problemlər meydana çıxaracaq. Ölkənin yenidən bərpası üçün ortaq dəstək verilməlidir. Suriyanın beynəlxalq topluma inteqrasiyası üçün Türkiyə olaraq çalışmağa davam edirik. Hazırkı mərhələdə bu çalışmaların nəticə verdiyini görməkdən məmnunuq. Dünən Ər-Riyadda Suriya keçid dövrü Prezidenti ilə ABŞ Prezidenti görüşdü. Bu Suriyaya qarşı sanksiyaların ləğvi üçün mühüm addım idi. Bu gün də ABŞ və Suriya xarici işlər nazirləri ilə üçtərəfli görüş keçirəcəyik”.

Oxşar xəbərlər

Hakan Fidan: Bu gün ABŞ XİN və Suriya XİN-lə birlikdə ütərəfli görüş keçirəcəyik
Fidan: Türkiyə Suriyanın dünyaya yenidən inteqrasiyası üçün çalışmağa davam edir
Hakan Fidan Yunanıstanın xarici işlər naziri ilə görüşüb
Hakan Fidan Blinkenlə Suriyadakı son vəziyyəti müzakirə edib
Hakan Fidan Lavrovla Suriyadakı vəziyyəti müzakirə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle