Türkiyədə boykot çağırışı edənlərlə bağlı araşdırma başlayıb
İstanbul Prokurorluğu ictimaiyyətə edilən "boykot" çağırışları ilə bağlı araşdırma başladıb.
Türkiyə Baş Prokurorluğundan Anadolu Agentliyinə verilən açıqlamada qeyd olunub ki, ənənəvi və sosial mediada xalqın bir hissəsinin iqtisadi fəaliyyətlə məşğul olmasının qarşısını almaq məqsədi daşıyan “boykot” çağırışları edənlər, həmçinin, bu çağırışı yayan şəxslərlə bağlı araşdırma başladılıb.
Araşdırma “nifrət və ayrı-seçkilik”, “ictimaiyyəti nifrət və düşmənçiliyə sövq etmək” ittihamları ilə bağlı aparılır.
Məlumatda o da qeyd olunub ki, edilən çağırışlardan sonra bəzi iş yerlərində fiziki və sözlü zorakılıq hallarına dair şikayətlərlə bağlı araşdırmalar da bu istintaq araşdırması ilə birləşdirilib.
APA-nın məlumatına görə, İstanbulun Bələdiyyə başqanı Əkrəm İmamoğlunun həbsindən sonra keçirilən aksiyalarda Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl, tərəfdarlarını bəzi markalardan və restoranlardan istifadə etməməyə çağırıb. Özəlin boykot siyahısında olan markalar və restoranlar, əsasən, holdinqində media şirkətləri də olan sahibkarlara aid olub. Özəl bu çağırışını medianın bir hissəsinin aksiyaları işıqlandırmaması, tərəfli mövqe nümayiş etdirmələri ilə əsaslandırıb.
Özgür Özəlin çağırışı sosial mediada geniş yayılıb, müxtəlif markaların adlarından ibarət siyahılar yayılıb. Bu markalar və iş yerləri maddi və mənəvi zərərə uğradıqlarını qeyd ediblər.
Oxşar xəbərlər
Əkrəm İmamoğlu barəsində istintaq başladılıb
İmamoğlu və digər şübhəlilərin prokurorlar qarşısında ifadələri başa çatıb - YENİLƏNİB-3 - FOTO - VİDEO
Əkrəm İmamoğlu ifadə verib
İmamoğlunun saxlanılmasından sonra provokativ paylaşım edən 261 nəfər müəyyən edilib, 37-si tutulub
İrəvanda ictimai nəqliyyatdakı qiymət artımına görə boykot aksiyası başlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mehdiyev qızının ölümü ilə bağlı ilginc detalları açdı
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
Malhar Pendse: "Azərbaycan "Airbus" üçün vacib müştəridir"
-
Airbus: Azərbaycan bizim üçün strateji əhəmiyyətə malik ölkədir
-
AZAL üçün ilk "A321neo" təyyarəsi bu gün təhvil veriləcək - FOTO
-
AZAL: Yeni “Airbus A321neo” istənilən istiqamətdə təhlükəsiz istismar oluna bilər - VİDEO
