Suriya prezidenti Üsamə ər-Rifaini Suriyanın yeni baş müftisi təyin edib
sizinxeber.az xəbər saytı

Suriya prezidenti Üsamə ər-Rifaini Suriyanın yeni baş müftisi təyin edib


Suriya prezidenti Əhməd əl-Şəra Əsəd rejiminin devrilməsindən sonra qurulan hökumətin 7-ci və 8-ci fərmanlarını imzalayıb.

Sizinxeber.az xəbər verir ki, əl-Şəra bu fərmanlarla ölkənin Ali Fətva Şurasına mühüm təyinatlar həyata keçirib.

7 saylı fərman çərçivəsində Suriyanın böyük İslam alimlərindən olan Üsamə ər-Rifai ölkənin yeni baş müftisi təyin olunub.

Fərmana əsasən baş müftiyə Ali Fətva Şurasının işinə nəzarət etmək və qəbul edilən qərarların icrasını təmin etmək vəzifəsi verilib.

Bundan başqa baş müftiyə vəzifəsi çərçivəsində Suriyanı rəsmi və beynəlxalq platformalarda təmsil etmək səlahiyyəti verilib.

8 saylı fərman çərçivəsində isə Ali Fətva Şurası yaradılıb. Fərmana əsasən, şuranın vəzifələrinə fətvaların nəşri, şəriət hökmlərinin izahı, vilayətlərdə müfti və fətva komissiyalarının təyin edilməsi, fətva mərkəzlərinin təftişi daxildir.

Fərmanda deyilir ki, şura səs çoxluğu ilə qərar qəbul edəcək. Səslərin bərabər olduğu halda isə prezidentin qərarı həlledici olacaq.

Üsamə ər-Rifai kimdir?

1944-cü ildə Dəməşqdə anadan olan Üsamə ər-Rifai Suriyanın aparıcı sünni alimlərindən biri kimi seçilir.

Əl-Rifai Dəməşq Universitetində təhsil aldıqdan sonra 1971-ci ildə atasının adını daşıyan məsciddə imam olub. 1981-ci ildə Əsəd rejimi tərəfindən "Müsəlman Qardaşları" təşkilatı ilə əlaqədə olmaqda ittiham edilib və Səudiyyə Ərəbistanına sürgün edilib.

2000-ci ildə Hafiz Əsədin vəfatından sonra ər-Rifai Suriyaya qayıdıb və dini fəaliyyətinə davam edib.

2011-ci ildə Suriya qiyamında müxalifətin tərəfində olan Əl-Rifai rejim qüvvələrinin hücumuna məruz qalıb.

Daha sonra o Türkiyəyə köçərək Şam Alimləri Birliyi və Suriya İslam Şurasını qurub.

Oxşar xəbərlər

Ramazan ayının başlanması ilə bağlı fətva verilib
Hakan Fidan: Suriyanın yeni hakimiyyəti məsuliyyətini anlayır
Rəcəb Tayyib Ərdoğan Bəşər Əsədlə görüşəcəyinə ümid edir
“Azərbaycan Dəmir Yolları”nda yeni təyinatlar olub - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər