sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Yaponiya Baş naziri qəzaya düşüb
Bu gün Yaponiyanın Baş naziri Şiqeru İşibanın olduğu avtomobil Tottori prefekturasının qərbində polis maşını ilə toqquşub.
APA-nın xəbərinə görə, bu barədə “Kyodo News” məlumat yayıb.
Yerli vaxtla saat 10:30 radələrində Yaponiya Baş nazirinin avtomobili yol ayrıcında qırmızı işıqda dayanan polis maşınına çırpılıb. Şiqeru İşiba xəsarət almayıb.
Kortej bir neçə dəqiqə hadisə yerində qalıb, daha sonra Tottori hava limanına doğru hərəkət edib. Baş nazir hava limanından təyyarə ilə Tokioya qayıdıb.
Qeyd edək ki, Şiqeru İşiba Tottoridə valideynlərinin məzarını, həm də anadan olduğu yaşayış məntəqəsini ziyarət edib.
Oxşar xəbərlər
Siqeru İsiba Yaponiyanın Baş naziri seçilib
Sabiq müdafiə naziri Yaponiyanın Baş naziri olacaq
Yaponiyanın yeni Baş naziri oktyabrda parlamenti buraxacaq
Yaponiyanın yeni xarici işlər naziri təyin olunub
Britaniya və Yaponiya xarici işlər və iqtisadiyyat nazirlərinin ilk görüşünü keçirəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













