sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Pakistanda qatarda 400 sərnişini girov götürən terrorçular zərərsizləşdirilib
Pakistanın Bəlucistan əyalətində sərnişin qatarını girov götürən 27 terrorçu zərərsizləşdirilib.
Sizinxeber.az-nın məlumatına görə, bu barədə “Geo TV” xəbər yayıb.
Bildirilib ki, keçirilən xüsusi əməliyyat nəticəsində 155 nəfər azad edilib.
Qeyd edək ki, ötən gün “Bəlucistan Azadlıq Ordusu” adlı terror qruplaşması Peşəvər şəhəri istiqamətində hərəkətdə olan sərnişin qatarına atəş açaraq, aralarında polis əməkdaşları da olmaqla 400 nəfəri girov götürüb.
Onlar təhlükəsizlik qüvvələrindən qorunmaq üçün girovlardan canlı sədd qismində istifadə edib. Baş verən hadisə zamanı təhlükəsizlik qüvvələrinin 6 nəfər əməkdaşı öldürülüb.
Oxşar xəbərlər
Pakistanda sərnişin qatarını girov götürən terrorçular zərərsizləşdirilib
Pakistanda silahlılar qatarda 450 sərnişini girov götürüb - YENİLƏNİB
KİV: Pakistanda qatarda girov götürülən 100-dən çox sərnişin azad edilib - YENİLƏNİB
Pakistanda avtobus partlayıb: 4 nəfər ölüb, 30-dan çox şəxs yaralanıb
KİV: Pakistanda qatarda girov götürülən 450 sərnişindən bir qismi azad edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













