Pakistanda avtobus partlayıb: 4 nəfər ölüb, 30-dan çox şəxs yaralanıb
sizinxeber.az xəbər saytı

Pakistanda avtobus partlayıb: 4 nəfər ölüb, 30-dan çox şəxs yaralanıb


Pakistanın Bəlucistan əyalətinin Turbat şəhəri yaxınlığında avtobusda baş verən partlayış nəticəsində azı 4 nəfər ölüb, 32 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə Pakistanın “DAWN” agentliyi məlumat yayıb.

Məlumata görə, yaralılar xəstəxanaya çatdırılıb. Onlardan beşinin vəziyyəti ağırdır.

İlkin məlumatlara görə, partlayış Kəraçidən Turbat istiqamətində hərəkət edən avtobusda baş verib. Hadisə yerinə çoxlu sayda polis və təhlükəsizlik qüvvələri cəlb olunub. Hazırda partlayışla bağlı hərtərəfli araşdırma aparılır.

Hücuma görə məsuliyyəti “Bəlucistan Azadlıq Ordusu” qruplaşması öz üzərinə götürüb.

Pakistanın Baş naziri Şehbaz Şərif hücumu pisləyib.

“Terrorçular öz çirkin məqsədlərinə nail ola bilməyəcəklər. Hökumət və təhlükəsizlik qüvvələri terrorçulara qarşı fəal mübarizə aparır”, - Baş nazir vurğulayıb.

Oxşar xəbərlər

Pakistanda partlayış baş verib, yeddi nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanda baş verən partlayışda 4 nəfər ölüb, 30 nəfər xəsarət alıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanda baş verən partlayışda ölənlərin sayı 24-ə çatıb- YENİLƏNİB - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanda dəmir yolu stansiyasında partlayış olub, 24 nəfər ölüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanda 33 şübhəli terrorçu həbs edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər