KİV: Pakistanda qatarda girov götürülən 100-dən çox sərnişin azad edilib - YENİLƏNİB
sizinxeber.az xəbər saytı

KİV: Pakistanda qatarda girov götürülən 100-dən çox sərnişin azad edilib - YENİLƏNİB


Pakistan təhlükəsizlik qüvvələri ekstremist “Bəlucistan Azadlıq Ordusu”nun yaraqlıları tərəfindən ələ keçirilən qatarın girov saxlanılan 450 sərnişinindən azı 104-nü azad edib.

“Report” xəbər verir ki, bu barədə “Geo TV” telekanalı məlumat yayıb.

Məlumata görə, azad edilənlər arasında 15 uşaq və 31 qadın var.

Girovların xilas olunması əməliyyatı davam edir və mürəkkəb relyef şəraitinə görə çətinləşib. Təhlükəsizlik qüvvələri ekstremistlərin əlində olan vətəndaşlara zərər verməmək üçün son dərəcə ehtiyatlı hərəkət edir. Əməliyyat tədbirləri zamanı hücumda iştirak edən 16 yaraqlı zərərsizləşdirilib.

Çərşənbə axşamı günorta saatlarında Pakistanda yaraqlılar Kvettadan (Bəlucistan əyalətinin mərkəzi) Pişəvərə (Xeyber-Paxtunxva əyalətinin mərkəzi) gedən qatarda 450 sərnişini girov götürüblər. "Geo TV"nin məlumatına görə, ekstremistlər dəmiryol relslərini partladıb, daha sonra qatara atəş açıblar. Qatarın maşinisti yaralanıb. Hücum zamanı qatarın təhlükəsizlik işçiləri ilə silahlılar arasında atışma baş verib.

01:13

Pakistan təhlükəsizlik qüvvələri "Bəlucistan Azadlıq Ordusu"nun silahlıları tərəfindən qatarda girov saxlanılan 450 sərnişindən 80-ni azad edib.

“Report” xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.

Məlumata görə, azad olunanlar arasında 11 uşaq və 26 qadın var.

Qeyd edək ki, martın 11-də günorta saatlarında silahlılar qatarda 450 sərnişini girov götürüblər. Onlar dəmiryol relslərini partladıb, sonra qatara atəş açıblar. Qatarın maşinisti yaralanıb.

Oxşar xəbərlər

KİV: Pakistanda qatarda girov götürülən 450 sərnişindən bir qismi azad edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanda yaraqlılar 450-dən çox sərnişini girov götürüblər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanda silahlılar qatarda 450 sərnişini girov götürüb - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanda ən azı 12 terrorçu məhv edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanda silahlı hücum nəticəsində ölənlərin sayı 51-ə çatıb - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər