İsrailin Qəzzaya hücumları nəticəsində ölənlərin sayı 48 440 nəfərə çatıb
Son sutka ərzində Qəzza zolağında 30-u dağıntılar altından çıxarılan 35 fələstinlinin cəsədi xəstəxanalara çatdırılıb. Atəşkəs əldə olunana qədər Qəzza zolağında 48 440 fələstinli həlak olub.
APA xəbər verir ki, bu haqda Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunur ki, İsrailin Qəzza zolağına qarşı 7 oktyabr 2023-cü il tarixindən bu ilin 19 yanvar tarixində qüvvəyə minmiş atəşkəs rejiminə qədər davam edən hücumlarında həlak olan fələstinlilərin sayı 48 min 440-a çatıb, yaralıların sayı isə 111 min 845 nəfər olub.
Məlumatda həmçinin bildirilir ki, HƏMAS ilə əldə olunan atəşkəs və məhbus mübadiləsi ilə bağlı sazişə baxmayaraq, İsrail Qəzzada atəşkəsi tez-tez pozmağa davam edir.
Belə ki, Qəzzada atəşkəs başlayandan bəri İsrailin hücumları nəticəsində 116 fələstinli həlak olub, 490 nəfər isə yaralanıb.
Oxşar xəbərlər
Qəzzada ölənlərin sayı 41 min nəfərə yaxınlaşıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada ölənlərin sayı 44 minə çatır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada ölənlərin sayı 43,8 min nəfəri keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada ölənlərin sayı 44,2 min nəfəri keçib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qəzzada ölən fələstinlilərin sayı 44,3 min nəfərə çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












