İranın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb
sizinxeber.az xəbər saytı

İranın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırılıb


İran səfirliyinin müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

Sizinxeber.az-nın İstanbul müxbiri xəbər verir ki, bu barədə Türkiyə XİN-in sözçüsü Öncü Keçeli bildirib.

O qeyd edib ki, görüş zamanı ikitərəfli məsələlər müzakirə olunub, bəzi İran rəsmilərinin Türkiyəyə qarşı irəli sürdüyü iddialar gündəmə gətirilib.

Qeyd edək ki, daha əvvəl Türkiyə XİN rəhbəri Hakan Fidan İranın Suriyada qeyri-sabitlik yaratmaq cəhdləri və PKK/YPG-yə dəstəyindən imtina etməyə çağırıb. Bu açıqlamadan sonra Türkiyənin İrandaki səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Oxşar xəbərlər

Britaniyanın müvəqqəti işlər vəkili İran XİN-ə çağırılıb
İranın müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb
İranın müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb
Hakan Fidan Yunanıstanın xarici işlər naziri ilə görüşüb
Rusiyanın müvəqqəti işlər vəkili Moldova XİN-ə çağırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər