İsrail Uitkoffun Qəzzada atəşkəsin uzadılmasına dair planını qəbul edib
İsrail ABŞ prezidentinin nümayəndəsi Stiven Uitkoffun Ramazan və Pasxa bayramlarında Qəzza zolağında müvəqqəti atəşkəslə bağlı təklifini qəbul edib.
APA xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahunun ofisi məlumat verib.
Natanyahunun ofisindən verilən açıqlamada HƏMAS-ın hələ də bu plandan imtina etdiyi bildirilib.
"İsrail ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkoffun Ramazan və Pasxa bayramlarında müvəqqəti atəşkəs planını qəbul edir. Planın ilk günündə diri və ölü girovların yarısı azad ediləcək, sonda isə daimi atəşkəslə bağlı razılıq əldə olunarsa, diri və ölü qalan girovlar da azad ediləcək", - bəyanatda deyilir.
Ofis onu da qeyd edib ki, Uittkoff hazırkı mərhələdə müharibəni bitirmək üçün tərəflərin mövqelərini bir-birinə yaxınlaşdırmağın mümkün olmadığını və daimi atəşkəslə bağlı danışıqlara əlavə vaxt lazım olduğunu nəzərə alaraq atəşkəsin uzadılmasını təklif edib.
Oxşar xəbərlər
İsrail Qəzzada planlaşdırılan atəşkəsi təxirə salıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrailin XİN başçısı: Girovlar azad edilənədək döyüşləri davam etdirəcəyik [xfgiven_updateblue][/xfgiven_updateblue]
Netanyahunun Ofisi: Qəzza danışıqlarında hələ də həll olunmamış məqamlar var [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail Baş nazirinin ofisi HAMAS-ın Qəzzada atəşkəs təklifini qəbul etdiyi iddialarını təkzib edib - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
İsrail sabah azad ediləcək girovların siyahısını əldə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













