Çin və Rusiya liderləri telefon danışığı aparıb - YENİLƏNİB
Rusiya prezidenti Vladimir Putin ABŞ ilə son təmaslar barədə Çin lideri Si Cinpini məlumatlandırıb. Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Kremlin Putin-Cinpin telefon danışığına dair məlumatında bildirilib.
Qeyd olunub ki, Çin Xalq Respublikasının lideri Rusiya ilə ABŞ arasında başlayan dialoqu dəstəklədiyini və Ukrayna münaqişəsinin sülh yolu ilə həlli yollarının tapılmasına kömək etməyə hazır olduğunu bildirib.
Telefon danışığı zamanı Böyük Vətən Müharibəsində Qələbənin 80-ci ildönümünün Moskvada qeyd olunması ilə bağlı qarşıdan gələn yüksək səviyyəli görüşlərin qrafiki təsdiqlənib.
"İqtisadiyyat və ticarət, investisiya və mədəniyyət sahələrində qarşılıqlı faydalı əməkdaşlığın genişləndirilməsi yollarını müzakirə edilib. Putin ÇXR sədrini son Rusiya-Amerika təmasları barədə məlumatlandırıb. Çin tərəfi Rusiya ilə ABŞ arasında başlayan dialoqu dəstəklədiyini və Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli yollarının tapılmasına kömək etməyə hazır olduğunu bildirib. Xüsusilə vurğulanıb ki, Rusiya-Çin xarici siyasət əlaqəsi dünya işlərində ən mühüm sabitləşdirici amildir və xarici təsirlərə məruz qalmır",deyə Kremlin məlumatında bildirilib.
13:55
Çin və Rusiya liderləri telefon danışığı aparıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə “Xinhua“ məlumat yayıb.
Çin Xalq Respublikasının Sədri Si Cinpinin Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparıb.
Oxşar xəbərlər
"Washington Post": Tramp Putinlə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kreml Putin-Ərdoğan telefon danışığına dair məlumat yayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Orbanla telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin Tokayevlə telefonla danışıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Putin və Tramp arasında telefon danışığı planlaşdırılmır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












