Kreml Putin-Ərdoğan telefon danışığına dair məlumat yayıb
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
APA-nın Moskva müxbiri Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı tərəflər Suriyada kəskin şəkildə pisləşən vəziyyəti ətraflı müzakirə ediblər.
Liderlər həm ikitərəfli formatda, həm də Astana prosesi çərçivəsində qarşılıqlı fəaliyyətin gücləndirilməsinin tərəfdarı olduqlarını bildiriblər.
Putin həmçinin radikal qrupların Suriya dövlətinə qarşı təcavüzünün dayandırılmasının vacibliyini qeyd edib.
Məlumatda görə, Putin və Ərdoğanın Suriyada vəziyyətin normallaşdırılmasında Rusiya, Türkiyə və İran arasında sıx koordinasiyanın əsas əhəmiyyətini qeyd etdikləri vurğulanıb.
Bundan əlavə, dövlət başçıları iki ölkə arasında ticarət, iqtisadi və enerji sahəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Putin və Pezeşkian Suriyadakı vəziyyəti müzakirə edib
Ərdoğan və Putin arasında telefon danışığı olub - YENİLƏNİB
Ərdoğan və Putin Suriyadakı vəziyyəti müzakirə ediblər
Peskov: Putin və Netanyahu arasında telefon danışığı gözlənilmir
Peskov: Putin və Ərdoğan Ukraynada atəşkəsi müzakirə etməyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
Futbolçularıma dedim ki, başlarını dik tutsunlar - Montella
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Tramp Qətərin ona bağışladığı nəhəng təyyarəni göstərdi - Video
