İsrail və HƏMAS arasında Qəzzada atəşkəs razılaşması əldə olunub
İsrail və HƏMAS arasında atəşkəs razılaşması əldə olunub.
Sizinxeber.az xəbər verir ki, bu barədə Misirin “Al Qahera News” mənbəsinə istinadən məlumat yayıb.
“Vasitəçilərin səyləri nəticəsində Qəzzada Fələstin xalqının iztirablarına son qoyacaq razılıq əldə olunub”, - məlumatda deyilir.
"Reuters"in verdiyi məlumata əsasən, hələ rəsmi olaraq elan olunmayan razılaşma altı həftəlik ilkin atəşkəs, İsrail qoşunlarının Qəzzadan tədricən çıxarılmasını və HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsini nəzərdə tutur.
"Al Jazeera" isə bildirir ki, atəşkəs razılaşmasının birinci mərhələsində 33 israilli girov azad ediləcək.
Məlumata görə, İsrail 250-yə yaxın fələstinli məhbusu həbsxanalardan azad edəcək və qüvvələrini Qəzza zolağının sərhədlərindən 700 metr məsafəyə geri çekəcək.
Qeyd edilir ki, razılaşma Birləşmiş Ştatların dəstəyi, Misir və Qətərin vasitəçiliyi ilə aylarla davam edən danışıqlardan sonra əldə edilib və yanvarın 20-də ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimindən bir qədər əvvəl əldə olunub.
Oxşar xəbərlər
İsrail bu gün 39 fələstinli məhbusu azad edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Qəzzada atəşkəs razılaşması əldə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: İsrail hər girov üçün 10 fələstinli məhbusun azad edilməsi təklifini araşdırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Qəzza ilə bağlı ilkin razılaşmada 1000-ə yaxın fələstinli məhbus azad ediləcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Haaretz”: Qəzza razılaşmasına ilk mərhələdə 33 girovun azad edilməsi daxildir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












