Qəzzada “Anadolu”nun əməkdaşı öldürülüb - VİDEO
Türkiyənin “Anadolu Agentliyi”nin ştatdankənar 25 yaşlı operatoru Səid Əbu Nabhan Qəzza zolağında aldığı güllə yarasından ölüb.
Sizinxeber.az “AA”ya istinadən xəbər verir ki, insident fələstinli qaçqınlar üçün yaradılmış Əsgər Əl-Cədid düşərgəsinin ərazisində baş verib.
Agentliyin yaydığı kadrlarda operatorun digər insanlarla birlikdə düşərgənin küçələrindən biri ilə qaçdığı, sonra isə qəfil yerə yıxıldığı görünür.
Əbu Nabhan evin yanındakı düşərgədə yaralının xərəkdə aparıldığı yerdə çəkiliş edirmiş.
Daha sonra İsrail hərbçiləri çoxlu jurnalistin olduğu düşərgəni mühasirəyə alıblar.
“Anadolu”nun bildirdiyinə görə, Əbu Nabhanın qəsdən vurulduğu güman edilir.
Fələstinin “WAFA” xəbər agentliyi də jurnalistin ölüm xəbərinə dair məlumat yayıb.
Oxşar xəbərlər
“Anadolu”nun operatoru Qəzzada güllə yarasından ölüb
QHT-lərə Dövlət Dəstəyi Agentliyi yaxın günlərdə 2025-ci ilin qrant müsabiqələrini elan edəcək
Suriyada PKK-nın qondarma liderlərindən biri zərərsizləşdirilib
İsrail ordusu terror aktı törədən bir radikalın məhv edildiyini açıqlayıb
Avropa Liqasında Liqa mərhələsinin I turunun oyunları keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
Vinçentso Montella: "Bu qələbəni qazanmaq çox vacib idi"
-
DÇ-2026: Türkiyə ABŞ ilə matçda hfasiləyə öndə yollanıb - YENİLƏNİR-4
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
