Suriyada PKK-nın qondarma liderlərindən biri zərərsizləşdirilib
sizinxeber.az xəbər saytı

Suriyada PKK-nın qondarma liderlərindən biri zərərsizləşdirilib


Türkiyənin Milli Kəşfiyyat Təşkilatı (MİT) Suriyanın Qamışlı şəhərində PKK-nın liderlərindən olan, “Tekin Guyi” ləqəbli, Türkiyə Daxili İşlər Nazirliyinin tərəfindən axtarışda olan terrorçu Əbdülhəmid Kaparı zərərsizləşdirib.

APA xəbər verir ki, bu barədə "Anadolu" agentliyi təhlükəsizlik strukturlarındakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Türkiyənin xüsusi xidmət orqanları cinayətkar təşkilatının sıralarında maddi-texniki təminat və maliyyələşdirməyə cavabdeh olan terrorçu Kaparın uzunmüddətli müşahidədən sonra məhvi üçün əməliyyat təşkil edib.

Məlumata görə, Kapar PKK-ya 1992-ci ildə qoşulub. Uzun illər İraqda təşkilatın sıralarında “xidmət edib”, 2018-ci ildə Suriyaya köçüb. O, 1992-ci ildə Türkiyənin Şırnak vilayətinin Uludere bölgəsində türk jandarmına qarşı, təhlükəsizlik qüvvələrinin 26 əməkdaşının həyatını itirdiyi, daha ikisinin isə qaçırıldığı hücumun təşkilatçısı olub.

PKK Türkiyəyə qarşı apardığı terror fəaliyyəti ərzində qadın, uşaq və körpələr də daxil olmaqla 40 mindən çox insanın ölümünə görə məsuliyyət daşıyır.

Oxşar xəbərlər

Türkiyənin xüsusi xidmət orqanları PKK-nın təhlükəli terrorçusunu zərərsizləşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə kəşfiyatı Suriyada PKK-nın liderlərindən birini zərərsizləşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İraq və Suriyanın şimalında 16 terrorçu zərərsizləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə MİT PKK-nın dron hücumlarından məsul üzvünü İraqda zərərsizləşdirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə və Rusiya Suriyada birgə patrul xidmətini bərpa edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər