Qəzzada İsrailin hücumları nəticəsində iki gündə 12 fələstinli həlak olub
sizinxeber.az xəbər saytı

Qəzzada İsrailin hücumları nəticəsində iki gündə 12 fələstinli həlak olub


İsrail hərbçilərinin əməliyyatları nəticəsində son 48 saat ərzində Qəzza zolağında azı 12 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

APA xəbər verir ki, bu barədə məlumat Fələstin anklavının Səhiyyə Nazirliyi tərəfindən Telegram kanalında dərc olunub.

“Son iki gündə 12 nəfər İsrail bombardmanlarının qurbanı olub, daha 41 nəfər yaralanıb”, - məlumatda qeyd olunub.

Departament həmçinin iddia edir ki, 2023-cü ilin oktyabrından bu yana Qəzzada 45 553 fələstinli öldürülüb, 108 379 nəfər isə yaralanıb.

Oxşar xəbərlər

Qəzzada 2023-cü ilin oktyabrından bu yana 43,8 min nəfər ölüb
Qəzzada ölənlərin sayı 43,8 min nəfəri keçib
Qəzza Səhiyyə Nazirliyi: 2023-cü ilin oktyabrından bu yana ölənlərin sayı 41,2 mini keçib
Qəzzada həlak olan fələstinlilərin sayı 45 mini keçib
Qəzzada ölənlərin sayı 44,2 min nəfəri keçib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər