Cənubi Koreya müxalifəti müvəqqəti prezidentin impiçmentini təxirə salıb
Cənubi Koreya müxalifəti prezidentin səlahiyyətlərini icra edən Han Dok Sunun impiçment prosesini dekabrın 26-dək təxirə salıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə məlumatı “Yonhap” yayıb.
Ölkənin Demokratik Partiyasının fraksiya rəhbəri Pak Çan Denin sözlərinə görə, müxalif partiyalar hakimiyyətə tələblərin yerinə yetirilməsi üçün vaxt verib:
“Cümə axşamı, yəni 26 dekabr tarixi bizim tələblərimizin yerinə yetirilməsi üçün son gündür. Əks halda bu məsələ dekabrın 27-də Parlamentin müzakirəsinə çıxarılacaq”.
Qeyd edək ki, dekabrın 14-də Parlament ölkə başçısı Yun Sok Yola impiçment elan edib. Qərarın lehinə 204, əleyhinə isə 85 deputat səs verib.
Cənubi Koreyada ictimai-siyasi gərginlik dekabrın 3-də hərbi vəziyyət elan edildikdən sonra yaranıb. Ölkə lideri o zaman xalqa müraciətində bu qərarı Şimali Koreyadan yönələ biləcək təhlükənin qarşısının alınması ilə əsaslandırıb.
Oxşar xəbərlər
Cənubi Koreya Prezidentinə istintaqa getməsi üçün şənbə gününə qədər vaxt verilib, əks halda həbs oluna bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya prezidenti impiçmentdən yayınıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya parlamenti prezident Yun Sok Yola impiçment elan edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya Prezidentinin impiçment məsələsinə yenidən baxılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Cənubi Koreya müxalifəti prezidentin istefasını tələb edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"
-
Prezident İlham Əliyev Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafatının təqdimat mərasimində iştirak edib












