Qırmızı dənizdə ABŞ hərbi təyyarəsi vurulub
Yəməndəki husilər Qırmızı dənizdə ABŞ ordusuna məxsus F-18 tipli döyüş təyyarəsini məhv etdiklərini açıqlayıb.
Sizinxeber.az xəbər verir ki, husilərin sözçüsü Yəhya Seri verdiyi açıqlamada ABŞ və İngiltərə koalisiyasının Yəməndə husilərə qarşı hücumlarına qarşı əməliyyat keçirdiklərini bildirib.
Əməliyyatda “USS Harry S. Truman” təyyarə gəmisi və döyüş gəmilərinin hədəf alındığını bildirən Seri, 8 raket və 17 pilotsuz uçuş aparatından istifadə etdiklərini deyib.
Husilərin hücumuna Qırmızı dənizdəki döyüş gəmilərinin əks hücuma keçdiyinə vurğulayan Seri, bu vaxt ABŞ ordusuna aid F-18 tipli döyüş təyyarəsinin onlar tərəfindən vurulduğunu deyib.
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) verdiyi açıqlamada isə “F/A-18” qırıcı təyyarəsinin "USS Gettysburg" kreyserindən təsadüfən açılan atəş nəticəsində qəzaya uğradığı bildirilir.
Oxşar xəbərlər
Husilər Qırmızı dənizdə yunan gəmisinə hücum edib
Husilər Qırmızı dənizdə ABŞ-ın neft tankerini vurub
ABŞ Yəməndə husilərin komandanlıq məntəqələrinə hücum etdiyini təsdiqləyib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ilk hissə bitib - YENİLƏNİR-2
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
