Əl-Cəzirə: Suriyanın yeni hökuməti ABŞ-ni sanksiyaları ləğv etməyə çağırıb
Suriyanın yeni keçid hökuməti ABŞ hakimiyyətini Suriyaya qarşı əvvəllər tətbiq edilmiş sanksiyaları ləğv etməyə çağırıb.
Sizinxeber.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, dekabrın 20-də ABŞ-dan yüksək səviyyəli nümayəndə heyəti, o cümlədən dövlət katibinin Yaxın Şərq məsələləri üzrə köməkçisi Barbara Lif və ABŞ prezidentinin girovlarla iş üzrə xüsusi nümayəndəsi Rocer Karstens Suriyaya səfər edib.
“Biz ABŞ nümayəndə heyətini Suriyaya qarşı tətbiq edilən sanksiyaları ləğv etməyə çağırdıq. Nümayəndə heyətinə Suriya xalqına müharibələr və münaqişələr bəlasından bir az dincəlmək imkanının verilməsinin vacibliyini izah etdik. Daha sonra Suriya xalqının Əsəd rejimindən qurtulmaqla regionun xaosdan xilas edilməsinə töhfə verdiyini vurğuladıq”, - deyə keçid hökumətinin rəsmisi telekanala müsahibəsində bildirib.
Oxşar xəbərlər
Ərəb Liqası Suriyaya qarşı sanksiyaları ləğv etməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hizbullah İraq hökumətini Suriyaya qoşun göndərməyə çağırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
ABŞ Dövlət Departamentinin rəsmiləri Dəməşqə gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İranpərəst silahlı dəstələr orduya kömək üçün Suriyaya daxil olublar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstan Baş nazirinin adı Baydenin qəbul siyahısından çıxarılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
İki şəhid anası: "Onlar haqqında danışanda Leyla xanım kövrəlib ağladı"












