İsrail İrana casusluqda ittiham olunan Azərbaycan əsilli 7 vətəndaşını həbs edib
sizinxeber.az xəbər saytı

İsrail İrana casusluqda ittiham olunan Azərbaycan əsilli 7 vətəndaşını həbs edib


İsrail polisi həssas hərbi və infrastruktur obyektləri üzrə kəşfiyyat məlumatlarının toplanması və İrana ötürülməsi ittihamı ilə 7 nəfəri həbs edib.

Sizinxeber.az-nın “The Jerusalem Post”a istinadən verdiyi xəbərə görə, casusluqda ittiham olunan şəxslərin İran üçün indiyədək 600-ə yaxın tapşırıq yerinə yetirdiyi bildirilir.

Onların casus məlumatları ötürdüyü obyektlər arasında “Ramat David” aviabazası, “Nevatim” aviabazası, “Glilot” və keçən həftə Hizbullahın pilotsuz uçuş aparatının hücumu nəticəsində dörd İsrail əsgərinin öldürüldüyü “Qolani” Briqadasının bazası var.

Qeyd edilib ki, casusluqda şübhəli bilinərək həbs edilən şəxslər Azərbaycan əsilli İsrail vətəndaşlarıdır. Onlardan bəzilərinin qohum olduqları, birinin isə hərbi xidmətə getmədiyi vurğulanıb.

Oxşar xəbərlər

İsrail İrana casusluq etməkdə ittiham olunan Azərbaycan əsilli 7 vətəndaşını həbs edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Qüds qüvvələri komandanı İsmayıl Qaani casusluqda ittiham olunur [xfgiven_updateblue][/xfgiven_updateblue]
Maduro “WhatsApp”-ı Venesuela vətəndaşlarına qarşı casusluqda ittiham edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
KİV: Bu həftə İsrail Livanda hərbi əməliyyatlara başlaya bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan: İranla İsrail arasında mümkün müharibə yüksək ehtimal olaraq dəyərləndirilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər