Beynəlxalq Cinayət Tribunalının baş prokuroru Banqladeş hadisələri ilə bağlı açıqlama verib
sizinxeber.az xəbər saytı

Beynəlxalq Cinayət Tribunalının baş prokuroru Banqladeş hadisələri ilə bağlı açıqlama verib


Banqladeş hüquq-mühafizə orqanları keçmiş baş nazir Şeyx Hasina və digər mühacirətdə olan məmurların yayda keçirilən hökumət əleyhinə nümayişlər zamanı soyqırımı ittihamı ilə məhkəməyə verilməsi üçün ölkəyə qaytarılmasını istəyir və bununla əlaqədar İnterpola müraciət edib.

Sizinxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə Beynəlxalq Cinayət Tribunalının baş prokuroru Tajul İslam məlumat verib.

“Hakimlər təyin edildikdən sonra iyul soyqırımında ittiham olunanlara qarşı bu həftə ərzində həbs qərarı və səyahət qadağası tələb olunacaq. Qaçaqların, o cümlədən Şeyx Hasinanın geri qaytarılması üçün İnterpoldan kömək istəniləcək”, o bildirib.

Artıq Banqladeş Beynəlxalq Tribunalına keçmiş baş nazirə və keçmiş hakim partiya Avami Liqasının üzvlərinə, habelə hüquq-mühafizə orqanlarının nümayəndələrinə qarşı ittihamlarla bağlı 60-dan çox ərizə verilib. Məhkəmənin yaxın həftələrdə işə başlayacağı gözlənilir.

Oxşar xəbərlər

Banqladeşdə formalaşacaq keçid hökuməti sabah and içəcək
Şeyxülislam Allahşükür Paşazadə sabah Özbəkistana səfər edəcək
Banqladeş Ordusu həyatlarından qorxan 626 məmura sığınacaq verib
Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 14-də Özbəkistan Respublikasına səfər edəcək
Kamran Əliyev Litva Baş prokuroru ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle