Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 14-də Özbəkistan Respublikasına səfər edəcək
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 14-də Özbəkistan Respublikasına səfər edəcək və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin təşəbbüsü və himayəsi ilə keçirilən «İslam - sülh və xeyirxahlıq dinidir» mövzusunda Beynəlxalq Elmi-praktiki Konfransda iştirak edəcəkdir.
Bu barədə APA-ya QMİ-nin mətbuat xidmətindən məlumat verilib.
15 oktyabrda Daşkənddə baş tutan bu mötəbər tədbirin keçirilməsi ideyasını Özbəkistanın dövlət başçısı ötən il BMT Baş Assambleyasının 78-ci sessiyasında etdiyi çıxışı zamanı bəyan etmişdi.
QMİ sədri Şeyxülislam A.Paşazadə Beynəlxalq Konfransın açılış mərasimində çıxış edəcəkdir. Plenar və 3 bölmə iclası ilə işini davam etdirəcək beynəlxalq forum İslam sivilizasiyasına tarixən töhfələr vermiş Özbəkistanın müasir dövrdə bu şərəfli, ənənəvi missiyasını davam etdirmək əzminin daha bir təzahürüdür.
Şeyxülislam Allahşükür Paşazadənin qardaş ölkəyə səfər çərçivəsində yüksək səviyyəli görüşlərdə iştirak edəcəyi nəzərdə tutulur.
Oxşar xəbərlər
Allahşükür Paşazadə Özbəkistana səfər edəcək
Allahşükür Paşazadə Patriarx Kirillə Qarabağ xalçası bağışlayıb
Allahşükür Paşazadə Rus Pravoslav Kilsəsinin rəhbərinə Qarabağ xalçası bağışlayıb
QMİ sədri səudiyyəli naziri Bakıda keçiriləcək COP29-a dəvət edib
Allahşükür Paşazadə Moskvada XX Beynəlxalq Müsəlman Forumunda çıxış edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













