KİV: İsrail raket hücumuna İranın nüvə obyektlərinə zərbə endirməklə cavab verə bilər
İranın nüvə obyektlərinə zərbə endirilməsi İsrailin İran raketlərinə cavabı ola bilər.
Sizinxeber.az xəbər verir ki, Britaniyanın həftəlik The Economist nəşri və Sky News telekanalı bu ssenarini mümkün hesab edir.
“Ötən müddət ərzində İsrailin Baş naziri Benyamin Netanyahu israilli generalları İrana zərbə endirməyin strateji əhəmiyyətinə inandırmağa çalışsa da, buna nail ola bilməyib. Bu gün o, bəlkə də onlara sübut edə bildi ki, belə bir addımın üstünlükləri var”, - The Economist qeyd edib.
Nəşr qeyd edir ki, İsrail 20 ildir ki, İranın nüvə obyektlərinə zərbə endirmək ehtimalına hazırlaşır.
Sky News telekanalısı isə bildirib ki, əgər İsrail İslam Respublikası ilə münaqişəni gərginləşdirərsə, Yaxın Şərq ballistik raketlərdən istifadə etməklə müharibənin astanasında qala bilər.
“İsrail liderləri hiss edə bilərlər ki, indi İranın nüvə təhlükəsini neytrallaşdırmaq üçün ən yaxşı fürsətdir”, - telekanal qed edib.
Oxşar xəbərlər
İsrail İranın raket hücumuna cavab verəcək
KİV: İran yaxın saatlarda İsrailə hücum etməyə hazırlaşır
Ağ Ev: İran İsrailə bu həftə cavab verə bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Tramp üzr istəsin, rəsmi danışıqlara qayıdaq - İrandan şərt
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Günəşdə güclü partlayış oldu
