Yaponiyanın Baş naziri istefa verəcəyi tarixi açıqlayıb
Yaponiyanın Baş naziri Fumio Kişida növbəti ayda vəzifəsindən istefa verəcəyini bəyan edib.
APA-nın “Kyodo” İnformasiya Agentliyinə istinadən xəbərinə görə, ölkəni üç il boyunca idarə edən hökumət başçısı bəyan edib ki, seçkidə iştirak etməyəcək:
“Mən bu qərarı ona görə verdim ki, xalq partiyamızın daxilindəki dəyişiklikləri yetərincə hiss etsin. Hesab edirəm ki, parlament və hökumət fəaliyyətini yeni siyasi fiqurların rəhbərliyi ilə davam etdirməlidir. Xalqın etimadının yalnız bu üsulla bərpası mümkündür”.
O bildirib ki, bundan sonrakı fəaliyyətini Yaponiya parlamentinin üzvü qismində davam etdirəcək.
Qeyd edək ki, siyasi müşahidəçilər bu qərarın ölkənin təbii fəlakətlərə hazır olmadığı ilə bağlı silsilə açıqlamalar fonunda verdiyini ehtimal edir.
Oxşar xəbərlər
Yaponiyanın Baş naziri zəlzələ ilə bağlı 3 ölkəyə səfərini ləğv edib
Kişida Naqasaki və Xirosima qurbanlarını anma mərasimində ABŞ-ın atom bombası atması faktına toxunmayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Neftçi" 3x3 basketbol üzrə Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala yüksəlib
-
DÇ-2026: Almaniya - Fildişi Sahili oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-3
-
Altıncı "Yüksəliş" müsabiqəsinin idarəetmə bacarıqları imtahanının nəticələri elan olunub
-
İran nümayəndə heyəti İsveçrəyə gedib
