HƏMAS 10 israilli girovu azad etməyə razılaşıb » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
09 
iy
2025
23:50

HƏMAS 10 israilli girovu azad etməyə razılaşıb

09 iy, 2025
23:50
956

HƏMAS 10 israilli girovu azad etməyə razılaşıb

HƏMAS hərəkatı Qətərin paytaxtı Dohadakı məsləhətləşmələr zamanı Qəzza zolağında saxlanılan 10 israilli girovu azad etməyə razılaşdığını açıqlayıb.

APA xəbər verir ki, hərəkatın “Telegram” kanalında dərc olunan rəsmi açıqlamaya görə, mübahisəli məsələlər üzrə məsləhətləşmələr hələ davam edir.

"HƏMAS danışıqların uğurlu olmasını istəyir və bu səbəblə 10 girovun azad edilməsinə razılıq verib. Bununla belə, bir sıra fundamental məsələlər üzrə məsləhətləşmələr davam edir. Bu məsələlərə xüsusilə Qəzzaya humanitar yardımın gətirilməsi, İsrail qoşunlarının oradan çıxarılması və daimi atəşkəs üçün real təminatların verilməsinə aiddir", - açıqlamada deyilir.

Bizimlə əlaqə saxlayın