Abdullah Öcalan növbəti dəfə PKK-ya “silahı yerə qoyun” çağırışı edib - FOTO
Bu gün PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan növbəti dəfə tərəfdarlarına “silahı yerə qoyun” çağırışı edib.
APA xəbər verir ki, İmralıdan videobağlantı vasitəsilə PKK üzvlərinə müraciət edən Öcalan onları dərhal tərksilah prosesinə başlamağa çağırıb.
“Mən silahın gücünə deyil, siyasətin gücünə inanıram. Sizi bu prinsipə əməl etməyə çağırıram”, - PKK lideri açıqlamasında deyib.
Qeyd edək ki, bundan əvvəl də PKK lideri tərəfdarlarına “silahı yerə qoyun” çağırışı edib. DEM Partiyasının rəhbərliyi İmralı adasında Öcalanla danışıqlar aparır. Türkiyə Prezidenti də DEM Partiya heyətini bir neçə dəfə qəbul edib.
Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.
Oxşar xəbərlər
PKK özünü ləğv edib
Abdullah Öcalan PKK-ya “silahı buraxın” çağırışı edib
Ərdoğan DEM Partiya heyəti ilə PKK-nın tərksilah edilməsini müzakirə edir
Abdullah Öcalan əməliyyat olunub
AK Partiya Öcalanın PKK-nın tərksilah olmasına dair çağırışını şərh edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir
