Abdullah Öcalan PKK-ya “silahı buraxın” çağırışı edib
Bu gün PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalan tərəfdarlarına çağırış edib.
Sizinxeber.az xəbər verir ki, Öcalanın adından yayılan yazılı müraciətdə “silahı buraxın” çağırışı yer alıb.
“Bütün qruplar tərksilah olunmalı və PKK ləğv olunmalıdır. Mən silahı yerə qoymağa çağırıram və bu çağırışa görə tarixi məsuliyyəti öz üzərimə götürürəm”, - Öcalanın müraciətində deyilir.
Qeyd edək ki, DEM Partiyasının rəhbərliyi bu gün İmralı adasında Öcalanla danışıqlar aparıb.
Danışıqların nəticəsində PKK liderinin müraciətinin yayımlanması qərara alınıb.
Danışıqlardan sonra İstanbulda təşkil olunan mətbuat konfransında Öcalanın müraciətini DEM Partiyasının rəhbərliyində təmsil olunan Ahmet Türk kürdcə, Pervin Buldan isə türk dilində oxuyub.
Xatırladaq ki, PKK lideri Abdullah Öcalan 26 ildir İmralı həbsxanasında saxlanılır. O, 1999-cu il fevralında Milli Kəşfiyyat Təşkilatının əməliyyatı nəticəsində Keniyada saxlanılıb və Türkiyəyə gətirilib. O, ölüm cəzasına məhkum edilsə də, hökm sonradan ömürlük həbs cəzası ilə əvəzlənib.
Oxşar xəbərlər
AK Partiya Öcalanın PKK-nın tərksilah olmasına dair çağırışını şərh edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Türkiyə Prezidenti Öcalanın parlamentdə PKK-nın buraxılmasını elan etməsinə dair təklifə münasibət bildirib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Hakan Fidan: PKK/YPG Suriyada silahı mümkün qədər tez yerə qoymalıdır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Polşa XİN Prezident Dudanı bəyanatına görə tənqid edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ukrayna Prezidenti: Nüvə silahı istəmirik, vaxtında imtina etdiyimizə görə, müharibə ilə qarşılaşdıq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?












